Bülbülün 120 illik yubileyi

Tərbiyə işləri üzrə direktor müavini Rübabə Abışovanın təşkilatçılığı ilə 6 ”C” sinif şagirdləri Azərbaycan vokal məktəbinin banisi, görkəmli müğəni Bülbülün 120 illik yubileyi ilə əlaqədar tədbir keçirtdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Sonra şagirdlər Bülbülün həyat və yaradıcılığı haqqında məlumat verdilər. Onların ifasında Bülbülün xalq mahnıları  səsləndirildi. Şagirdlər Əhməd Cavad, Üzeyr Hacıbəyli və Bülbülün obrazlarını yaradaraq səhnəcik hazırlamışdılar. Ulu öndər, Ümummilli lider Heydər Əliyevin Bülbül haqqında söylədiyi fikirlər haqqında videoçarx nümayiş etdirildi. Bülbülə həsr olunmuş şeirlər səsləndirildi. Şagirdlər rəqs nömrələri ilə  tədbir davam etdi. Tədbirdə məktəbin direktoru A.Bağırova, təlim-tərbiyə işlər üzrə direktor müavini G.Rüstəmova,tərbiyə işləri üzrə direktor müavini R.Abışova, məktəbin pisxoloqu G.Abbasova,Uşaq birliyi rəhbəri H.Fatma və şagirdlər iştirak etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi