IX siniflərdə monitorinq keçirildi

Bakı Şəhəri Təhsil İdarəsinin tabeliyində olan bütün məktəblərin 9-cu siniflərində Ana dili və Riyaziyyat fənləri üzrə monitorinq keçirildi. Ana dili və Riyaziyyat fənlərindən keçirilən məktəb daxili qiymətləndirmənin (monitorinq) təşkili və prosesə nəzarəti məktəb rəhbərliyi özü həyata keçirdi.Sual kitabçaları və cavab kartları məsul şəxs tərəfindən mərkəz məktəbdən götürüldü. İlk 30 dəqiqə ərzində şagirdlər onlar üçün müəyyən edilmiş yerdə əyləşdilər,cavab kartları paylanıldı,cavab kartının düzgün doldurulma qaydası izah edildi. 30dəqiqə sonra isə sual kitabçaları paylanıldı və imtahan suallarının cavablandırılması üçün 90 dəqiqə vaxt verildi. İmtahan 10:00-da başlandı və 12:00-da qurtardı.İmtahana qeyri-ixtisas müəllimləri nəzarət edirdilər.İmtahan tam bitdikdən sonra cavab kartları həmin mərkəzə təhvil verildi. IX siniflərinin real bilik səviyyələrini müəyyən edilməsi və nəticələrin yaxşılaşdırılması istiqamətində düzgün tədbirlərin görülməsi üçün monitorinq şəffaf və obyektiv keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi