Təmayül siniflərdə valideyn iclası keçirildi

Azərbaycan Respublikası Qanununun 19.19-cu maddəsinə və “ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsi”nin 4-cü bölməsinin 4.7-ci bəndinə əsasən, Təhsil Nazirliyinin 4 iyul 2011-ci il tarixli, 1199 nömrəli əmri ilə ümumi təhsil pilləsinin tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkilini sınaqdan keçirmək, gələcəkdə həmin prosesə kütləvi keçidlə bağlı hazırlıq işləri aparmaq və bu barədə cəmiyyətdə ictimai rəy formalaşdırmaq məqsədilə bir çox məktəblərdə pilot müəssisələri seçilmiş və müxtəlif təmayüllər üzrə tədris planları təsdiq edilmişdir.2015/2016-cı tədris ilindən 47 nömrəli tam orta məktəb də pilot müəssisələr sırasına daxil olunmuşdur. Şagirdlərin repetitor xidmətindən istifadə halları azalmış tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi valideynlər tərəfindən razılıqla qarşılanmışdır.Tədris olunan fənlərin sayı texniki fənlər təmayüllü siniflərdə 10-dək azaldılıb.Təmayül istiqamətindən asılı olmayaraq, tədris planlarında Azərbaycan dili (rus bölməsində rus dili) xarici dil, ədəbiyyat, riyaziyyat,Azərbaycan tarixi, fiziki tərbiyə, Gənclərin Çağırışaqədərki hazırlığı fənləri saxlanılır.Təmayül sinifləri, mövcud qaydalara uyğun olaraq, şagirdlərin sayı ən azı 20 nəfər olmaqla komplektləşdirilmişdir.Ölkəmizdə təmayülləşmənin tətbiqi nəticəsində tədris prosesinin təşkilində şagirdlərin meyil və maraqları nəzərə alınacaq, şagirdlər keçdikləri fənlərdən daha dərin biliklərə yiyələnəcək, şagirdlərin öyrənmə mativasiyası artacaq, ali təhsil pilləsi üçün ixtisas istiqamətini müəyyənləşdirmiş şagirdlər daha yüksək hazırlıq səviyyəsini nümayiş etdirəcək, şagirdlərin əlavə müəllim hazırlığına ehtiyacı azalacaq.Bütün bunlar nəticədə təhsildə keyfiyyətin artmasına gətirib çıxaracaq. Keçirilən iclasda valideynlə dərs deyən müəllimlərin metod səviyyələrindən razılıqlarını bildirdilər.Təklif olundu ki, hər ayın sonunda valideynlər bir araya gəlsinlər və dərs prosesində iştirak etsinlər.Bu cür şərait yaratdığına görə valideynlər hörmətli Təhsil Naziri Mikayıl Cabbarova öz təşəkkürlərini bildirdilər.