9 Noyabr Bayraq Günü münasibətilə tədbirlər təşkil edildi

Məktəbin illik Fəaliyyət Planına əsasən şagirdlər arasında Azərbaycan Dövlət rəmzlərinə hörmət aşınlaması,şagirdlərin mənəvi tərbiyəsini təmin etmək, onlarda vətənpərvərlik ruhunu formalaşdırmaq,dövlətçilik ənənələrinin sadiqliyinə yönəldilməsi məqsədilə “ 9 Noyabr – Dövlət Bayrağı Günü “ ilə əlaqədar məktəbdə bir sıra tədbirlər keçirildi. Azərbaycan dili və ədəbiyyat müəllimi Rüstəmova Aybəniz 9-cu sinifdə S.Vurğunun “Ananın öyüdü” şeirinin ifadəli söylənilməsinə aid yarış keçirdi. Münsiflər heyəti tərəfindən ən yaxşı şeir söyləyən şagirdə kitab hədiyyə olundu. 3 "A" sinfi “Bayraq mənimliyimdir,bayraq kimliyim”, 3 "C" sinfi isə “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı tədbirlər keçiritdilər.Keçirilən tədbirlərin sonunda məktəbin direktoru çıxış edərək Ümummilli Liderimiz Heydər Əliyevin bu sözləri ilə bitirdi: “Biz öz himnimizi,bayrağımızı özümüz qədər sevməliyik.Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə,olan sədaqət,sevgi və məhəbbətin rəmzidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi