Biologiya aylığı çərçivəsində açıq dərslər keçirildi

Fəaliyyət planına uyğun olaraq biologiya aylığı çərçivəsində fənn müəllimləri 8c sinfində Əliyeva Elmira “Canlılarda sinir sistemi” mövzusunda, 9b sinfində Mehdixanlı Yaqut “Nuklein turşuları” mövzusunda açıq dərs keçirtdilər.9b sinfində müəllim canlıların kimyəvi tərkibini şərh etdi. Bioloji proseslərin mahiyyəti və məzmununu, baş verən dəyişikləri riyazi üsullarla əsaslandırdı.Mövzu ilə tanışılıq məqsədilə şagirdlər mövcud biliklərə əsaslanaraq sualları müzakirə etdilər.Dərslikdəki suallar müzakirə olundu. BİBÖ cədvəlindən istifadə edildi.8c sinfində isə insan orqanizmində baş verən bioloji proseslər, mühit amillərini və onun insan orqanizminə təsiri izah edildi.Müəllim dərsə başlayarkən A,B blokunda verilən şəkillərindən istifadə etdi. Şagirdlərə verilən tapşırıqlar bütün siniflə icra edildi. Şagirdlər əvvəlcə baş verən dəyişiklikləri rəngli stikerlərdə qeyd etdilər.Sonrakı mərhələdə şagirdlər stikerlərdəki dəyişiklərin sinir sistemi ilə əlaqəsini qeyd etdilər.Dərs prosesində məktəbin direktoru A.Bağırova, təlim-tərbiyə işləri üzrə direktor müavini G.Rüstəmova, metodbirləşmə sədri B.Həsənova iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi