Biologiya aylığında yarışma keçirildi

Məktəbin illik fəaliyyət planına uyğun olaraq oktyabr ayı biologiya aylığı elan olunub. Aylıq çərçivəsində divar qəzeti, intellektual oyunlar, nümunəvi dərslərin təşkili nəzərdə tutulmuşdur.Bütün bunların həyata keçirilməsi şagirdlərin biologiya elminə marağını artırır, həm də onların bacarıqlarını üzə çıxardır.10b sinif şagirdləri Gərayzadə Əsmər, İmanova Aytən biologiyanın sahələri haqqında təqdimatla çıxış etdilər.Təqdimatda biologiyanın botanika,zoologiya,anatomiya,biokimya sahələri haqqında məlumat verdilər.Biologiya aylığı keçirilən günlərdə maraqlı faktlardan ibarət slaytlar nümayiş etdirildi.8a sinif şagirdi Rüstəmzadə Süleyman dərman bitkiləri haqqında məlumat verərək həmin bitkilər insan həyatında əhəmiyyətli rolu haqqında məlumat verərək slayt nümayiş etdirdi. Onun çıxışı elmi cəhətdən çox dəyərli hesab olundu və yadda qaldı. 7a sinif şagirdi Həsənov Ramal Təbiət haqqında məlumat verərək slayt nümayiş etdirdi. Təbiətinmizin gözəlliyindən danışaraq, işğal olunmuş torpaqlarımız haqqında məlumat verdi. İşğal altında qalan torpaqlarımızın təbiəti haqqında bu cür həvəslə danışmaları, dərin biliklərə sahib olmaları çox sevindirici hal idi. 7a, 7b sinifləri arasında yarışma keçirildi. Maraqlı keçən yarışmada məktəbin direktoru A.Bağırova, təlim-tərbiyə işləri üzrə direktor müavini G.Rüstəmova, metodbirləşmə sədri B.Həsənova və biologiya müəllimləri iştirak etdilər
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi