Dövlət İmtahan Mərkəzi monitorinq imtahanı keçirdi

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi 23 may 2017-ci il tarixində məktəbimizin Azərbaycan bölməsinin 11-ci sinfində təhsil alan şagirdlər üçün monitorinq imtahanları keçirdi.Monitorinq imtahanları Azərbaycan dili və riyaziyyat fənləri üzrə keçirildi.İmtahan 10:00-da başladı. Əvvəlcə riyaziyyat fənni üzrə imtahan keçirildi. Bu imtahanın cavab kartları və sual kitabçaları yığılıb möhürləndikdən sonra Azərbaycan dili fənni üzrə imtahan başladı.Riyaziyyat fənni üzrə test tapşırıqlarının cavablandırılmasına 1 saat, Azərbaycan dili fənni üzrə isə 45 dəqiqə vaxt ayrıldı.Şagirdə hər bir fənn üzrə 30 test tapşırığı təqdim olundu. Azərbaycan dili fənni üzrə seçim və ardıcıllıq, riyaziyyat fənni üzrə hesablama tipli olmaqla hər fənnin son 3 sualı açıq tipli test tapşırıqları idi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi