Son zəng

Mayın 29-da məktəbimizdə son zəng keçirildi. Son zəngdə bayram ab-havası yaşanırdı. 11-lər ilk gün olduğu kimi yenə həyəcanlanırdılar. Bu həyəcan isə ilk gündəki həyəcandan fərqli olaraq qorxulu deyil, sevincli bir həyəcanıydı. Sinəsindən məzun yazısı asılan məktəblilər sinif yoldaşları ilə xatirə şəkilləri çəkdirir, doğma məktəbləri, müəllimləri ilə sağollaşırdılar. Məzunlarımıza yaxın gələcəkdə tələbə adı qazanmaqlarını və dilədikləri universitetlərdə təhsil almaqlarını arzularıyırıq.