“Kimya və qida” mövzusunda təqdimat keçirildi

“Kiçik akademiya” lahiyəsi çərçivəsində 9 e sinfində “Kimya və qida” mövzusunda təqdimat keçirildi. Müəllim Milana İsrafilova “Kimya və qida” mövzusunu şagirdlərin diqqətinə çatdıraraq qeyd etdi ki, qidanın xeyirli və ziyanlı tərəflərini araşdırsınlar. Şagirdlər 3 komandaya ayrılıraq “Süd məhsulları”, “Şokolad məhsulları”, “Qazlı sullar”ın xeyri və ziyanı haqqında prezintasiyalar hazırladılar. Müəllim təqdimat zamanı İKT-dən istifadə etdi. Dərsdə məktəbin direktoru A.T.Bağırova, təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnarə Rüstəmova, "Məktəblinin dostu" layihəsinin nümayəndəsi və kimya müəllimləri iştirak etdilər.