“İzotopların tətbiqi” mövzusu üzrə təqdimat keçirildi

9 a sinfində “İzotopların tətbiqi” mövzusu üzrə təqdimat keçirildi. Müəllim Pərişan Məmmədova sinfi 6 qrupa ayırdı. I qrup izotopların tətbiqləri, II qrup izotopların kənd təsərrüfatına tətbiqi, III qrup izotopların təbabətdə tətbiqi, IV qrup izotopların kimyaya tətbiqi, V qrup izotopların biologiyaya tətbiqi, VI izotopların arxeologiyaya tətbiqini işlədilər. Şagirdlərə verilən suallar əsasında qruplar təqdimatlar hazırladılar. Müəllim qrupların fikirlərini müzakirə edərək, qiymətləndirmə apardı. Dərs zamanı İKT –dən istifadə olundu. Dərsdə məktəbin direktoru A.T.Bağırova, təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnarə Rüstəmova, metodbirləşmə sədri Elzamə İsmayılova və fizika müəllimləri iştirak etdilər.