Ədəbiyyat fənni üzrə "Açıq dərs" keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü ilə məktəblərarası əməkdaşlıq layihəsi çərçivəsində 7 b sinfində Mikayıl Müşfiqin “Yağış yağarkən” mövzusunda "Açıq dərs" keçirildi. M.Müşfiqin yaradıcılığı ilə bağlı materiallar proyektor vasitəsilə nümayiş etdirildi. Şagirdlər kiçik qruplar şəklində dərslikdən istifadə edərək araşdırmalar apardılar. Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların müzakirəsi ilə müəyyənləşdirildi. Müəllim müvafiq qiymətləndirmə meyarlarından istifadə etdi. Yeni mövzunun öyrənilməsinə maraq yaratmaq məqsədilə “Yada salın” başlıqlı suallardan istifadə etdi. Sonra isə tədqiqat sualı qoyuldu: Əsərdə yağışın yağmasının şairin qəlbində doğurduğu hansı hislərdən, düşüncələrdən söz açılıb? Müxtəlif fərziyyələr dinlənildi və ümumiləşdirilən lövhədə qeyd olundu. Tədqiqatın aparılması.Tədqiqat sinifdə şeirin oxusu ilə başlandı.Əsərdə ilkin tanışlığdan sonra təəssuratın əks edilməsi üzrə işin təşkili yaradıldı. Əsərin məzmunu üzrə görülən işləri yekunlaşdırmaq məqsədilə şagirdlərlə aşağıdakı suallar üzrə müsahibə aparıldı.Şagirdlər qrup şəkilində təqdimatlar hazırladılar. Çıxışlara digər şagirdlər münasibət bildirdilər.Müəllim tərəfindən formativ qiymətləndirmə aparıldı, sonra isə dərslikdəki “Evdə iş başlıqlı tapşırığın evdə yerinə yetirilməsini şagirdlərə xatırlatdı."Açıq dərs"də Bakı Şəhər üzrə Təhsil İdarəsinin əməkdaşları İsgəndərova Aynurə, Nadirzadə Nərmin, 36 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aslanbəyli Zülfiyyə, həmin məktəbin 7 a sinif şagirdləri, məktəbin direktoru A.T.Bağırova, təlim-tərbiyə işləri üzrə direktor müavini Rüstəmova Gülnarə, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi