Şagirdlər tərəfindən məktəbimizdə ingilis dilində debat təşkil olundu.
24 may tarixində məktəbimizdə ingilis dilində debat təşkil olundu. Bu tədbirdə şagirdlər debat bacarıqlarıni nümayiş etdirərək müxtəlif ölkələri təmsil etdilər və gənc diplomat kimi çıxış etdilər. Məktəb rəhbərliyinin dəstəyi ilə 8-9 -cu sinif şagirdləri, Məhəmməd Novruzov və Əminə Hacıyeva tərəfindən uğurla idarə olunub.
Tədbirdə məktəbin 7-10-cu siniflərindən 40-dan çox şagird iştirak etdi. Qeyd etkək istəyirəm ki, konfransın bütün işləri ingilis dilində aparıldı. İştirakmılar sertifikatlarla təltif olunmuş, ən yaxşı nümayəndələr isə qalib seçilmişdir. Bu il qalib adını Məlahət İmamzadə, Nuray Quliyeva və Aydan Quliyeva qazandılar.
Belə tədbirlər uşaqların şəxsi inkişafında, gələcək peşə istiqamətlərinin müəyyənləşdirilməsində və ingilis dili bacarıqlarının təkmilləşdirilməsində böyük əhəmiyyət kəsb edir.