Şagirdlərimiz Memorial Soyqırım muzeyində oldular

Məktəbimizin yuxarı sinif şagirdləri Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İnzibati binasında yerləşən Memorial Soyqırım muzeyini ziyarət etdilər. Muzeyin əməkdaşı tərəfindən tarix və deportasiya-repressiya bölmələrində XX əsrin əvvəllərində Azərbaycanın müxtəlif ərazilərinin dağılıb viranə qoyulmuş görüntülərini, əhalinin həyat tərzi haqqında foto şəkillərlə şagirdləri tanış etdi. Sonda şagirdlər muzeyin akt zalında ermənilərin törədikləri vəhşiliklərə aid sənədli filmə baxdılar.