İKT savadlılığının artırılması üzrə təlimlərdə yüksək nəticə göstərən ibtidai sinif müəllimlərinin və inzibati heyətin mükafatlandırılma mərasimi keçirilib.

İKT savadlılığının artırılması üzrə təlimlərdə yüksək nəticə göstərən ibtidai sinif müəllimlərinin və inzibati heyətin mükafatlandırılma mərasimi keçirilib.Qeyd edək, İnnovativ Texnologiyalar Təşkilatı və Təhsil Nazirliyi arasında imzalanmış müqaviləyə əsasən İnnovativ Texnologiyalar Təşkilatı tərəfindən Bakı şəhəri üzrə ibtidai sinif müəllimləri və ümumi təhsil müəssisələrində fəaliyyət göstərən inzibati heyət üçün 3 ay ərzində müvafiq olaraq “İbtidai siniflərdə dərs deyəcək müəllim heyəti üçün tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə” və “Təhsil sisteminin inzibati-idarəetmə heyətləri üçün İKT üzrə savadlılığın artırılmasına yönəldilmiş treninq xidmətləri” adlı təlimlər həyata keçirilib.Təlimdə yüksək nəticə göstərmiş məktəbimizin ibtidai sinif müəllimi Abbasova Zərqələm notebook və sertifkatla mükafatlandırılmışdır.Təbriklər Zərqələm müəllimə uğurlariniz bol olsun inşALLAH.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi