Mütaliə vərdişləri

Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Cabbarovun "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı 16 dekabr 2014-cü il tarixli,1279 nömrəli əmrinə əsasən məktəbimizdə davamlı tədbirlər keçirilir.Mayın 15-də məktəbimiz şagirdlərin dünya görüşünü formalaşması və mütaliə olan sevgisini artırmaq məqsədli tədbir keçirildi.5a sinfi S.S.Axundovun “Abbas və Zeynəb” ,5b sinfi S.S.Axundovun “Əhməd və Məleykə”,5c sinfi S.S.Axundovun “Qaraca qız”,6b sinfi Cəlil Məmmədquluzadənin “Poçt qutusu”, 6e sinfi (rus bölməsi) S.S.Axundovun “Qaraca qız”, 7a sinfi S.S.Axundovun “Nurəddin”,7d sinfi M.Lermontovun “Begleç”,8b sinfi Üzeyir Hacıbəylinin “Arşın mal alan”,9b sinfi M.F.Axundovun “Hacı Qara”,9c sinfi Əbdürrəhman bəy Haqverdiyevin “Mirzə Səfər”, 9ç sinfi isə Üzeyir Hacıbəylinin “O olmasın bu olsun” əsərlərinin parçaları əsasında teatr tamaşaları hazırlayaraq öz istedadlarını nümayiş etdirmişdilər.