II-IV siniflər arasında məktəbdaxili "Bilik yarışma"sı keçirildi

İstedadlı şagirdlərin aşkara çıxarılmasında əhəmiyyətli rol oynayan məktəblilərin fənn olimpiadalarının təşkili, keçirilməsi məqsədi ilə 47 nömrəli tam orta məktəbdə rus bölməsi üzrə II,III,IV siniflərdə, Azərbaycan bölməsi üzrə IV siniflərdə məktəbdaxili olimpiada təşkil olundu. Olimpiadanın gedişi valideynlər tərəfindən izlənildi. Şagirdlərə əsasən Ana dili, riyaziyyat,məntiqdən suallar təqdim edildi. Şagirdlər sualları cavablandırdıqdan sonra esse yazdılar.