Riyaziyyat fənnindən "Açıq dərs" keçirildi

5c sinfində riyaziyyat fənnindən “Simmetriya” mövzusunda Məmmədova Gülnarə tərəfindən "Açıq dərs" keçirildi. Dərs zamanı Power Point proqramından istifadə edildi.Müəllim dərs zamanı fənlər üzrə inteqrasiyanı Texnologiya, Təsviri incəsənət, Azərbaycan dili fənlərindən yaratdı.Şagirdlər həndəsi fiqurları şəkillər üzərində araşdırdılar. Təbiətdə simmetriyanı axtarma uzunmüddətli və yaradıcı tapşırıq kimi təbiəti öyrənmək və müşahidə etmək stimulu verməklə yanaşı, onu sevmək və qorumaq kimi hislərin artmasına şərait yaradır. Kəpənəklər,güllər, həşəratlar,böcəklər üzərində aparılan müşahidələr simmetriyanı daha yaxşı başa düşmək üçün bir vasitə ola bilər. Dərsdə məktəbin direktoru A.T.Bağırova, təlim-tərbiyə işləri üzrə direktor müavini Rüstəmova Gülnarə,medotbirləşmə sədri İsmayılova Elzamə və müəllimlər iştirak etdilər.