19. 05. 2024-cü il tarixində VI siniflərdə Azərbaycan və rus bölməsi üzrə monitorinq təşkil olundu.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Təhsilin Keyfiyyətə Nəzarət Sektoru Azərbaycan və rus bölməsi üzrə monitorinq taşkil etdi.
19. 05. 2024-cü il tarixində VI siniflərdə Azərbaycan və rus bölməsi üzrə monitorinq təşkil olundu. Monitorinq tədris dili, təbiət və riyaziyyat fənləri üzrə aparıldı.
Tədris dili üzrə 25 qapalı sual, təbiət fənni üzrə 25 qapalı, riyaziyyat fənni üzrə isə 20 qapalı, 5 açıq sual təqdim olundu və 150 dəqiqə ərzində aparıldı.
Monitorinqi keçirməkdə məqsəd şagird nailiyyətinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə olduğunu müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsindən ibarətdir.