“Dahi Azərbaycan şairi Məhəmməd Füzulinın 530 illiyinin qeyd edilməsi haqqında”
“Dahi Azərbaycan şairi Məhəmməd Füzulinın 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar bu ilin aprel ayı ərzində “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinə start verilib. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xatirə Əzimovanın təşkilatçılığı, təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnarə Rüstəmovanın və kitabxana müdiri Əfsanə Şahverdiyevanın iştirakı ilə Füzulinin həyatı və yaradıcılığı ilə bağlı məktəbimizin şagirdləri tədbir keçirdilər.
Layihənin məqsədi məktəblilər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, onların yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaqdır.