Xocalı soyqırımın 25 illiyinə həsr olunmuş tədbir keçirildi

Məktəbdə “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımın 25 illiyinə həsr olunmuş tədbir keçirildi.Tədbiri açan məktəbin direktoru A.T.Bağırova Xocalı soyqırımının mahiyyətindən danışıb, Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı “Xocalıya ədalət” kampaniyası çərçivəsində görülən işlərdən danışdı.Millət vəkili Aqil Abbas çıxış edərək dövlətin o cümlədən millət vəkillərinin Xocalı soyqırımı, erməni işğalının dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlərdən danışdı. O, eyni zamanda belə təbirlərdə daha yasa batmağa yox, vətənpərvərlik hislərinin təbliğinə üstünlük verilməsinin vacibliyini vurğuladı.Qarabağ döyüşçüsü, Xocalı soyqırımı zamanı düşmənin nəzarəti altında olan ərazilərdən meyitlərin çıxarılmasında, əsir xocalıların azad olunması prosesində yaxından iştirak edən və bu işdə müstəsna xidməti olan Zahid Qarayev o zaman gördükləri hadisələrdən söz açdı. O, Xocalı soyqırımı zamanı ermənilərin törətdiyi vəhşiliyin miqyasından söhbət açdı.Sonra məktəbin müəllimi Aybəniz Rüsəmovanın hazırladığı proqram üzrə şagirdlərin və xanəndə Murad Kəngərlinin ifasında bədi-musiqili çıxışlar təqdim edildi. Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının sevimli ifaçısı Şəmistan Əlizamanlının ifalarının audio - təqdimatı ilə başa çatan tədbirdə Xocalı sakinləri də iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi