“Xocalı faciəsi unudulmur” adlı tədbir keçirildi

Məktəbin tarix müəllimi Kərimova Süsənin təşkilatçılığı ilə 6d və 7e siniflərində “Xocalı faciəsi unudulmur” adlı sinifdaxili tədbir keçirildi.Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə Xocalı şəhidləri başda olmaqla, torpaqlarımız uğrunda şəhid olan bütün həmvətənlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.Sonra şagirdlər Xocalı faciəsinə həsr olunmuş şeirlər,mahnılar səsləndirdilər.Sonda isə Xocalı faciəsi ilə bağlı film nümayiş olundu.