“Şagirdlərdə ekoloji etikanın formalaşmasına yardım” layihəsi çərçivəsində tədbirlər keçirildi

“Şagirdlərdə ekoloji etikanın formalaşmasına yardım” layihəsi çərçivəsində tədbirlər keçirildi.Layihənin əsas məqsədi məktəblilərin ekoloji biliklərinin artırılmasına təşəbbüs göstərmək, şagirdləri ekoloji iməciliklərə cəlb etməklə onlara ekoloji bilgilərin praktik faydalarını izah etmək, uşaqlara təbiətlə düzgün təmas vərdişlərini aşılamaq, uşaq və yeniyetmələrdə ekoloji etikanın formalaşması işinə yardım etməkdən ibarətdir.Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən tədbirlərdə ölkəmizdə ekoloji mühitin yaxşılaşdırılmasına dair qəbul edilən dövlət proqramlarından və əhalinin ekoloji maarifləndirilməsi istiqamətində görülən işlərdən bəhs edilib. Məktəblilərə su ehtiyatlarının və atmosferin çirklənməsi, torpaqların deqradasiyası, biomüxtəlifliyin azalması və digər ekoloji problemlər haqqında geniş məlumat verildi.II-IV siniflərdə “Ekoloji mədəniyyət” adlı tamaşa hazırlanması tapşırıldı. Tamaşalar səhnələşdirildikdən sonra münsiflər məzmuna uyğun, orijinal tamaşalar seçdi. Ən yaxşı tamaşalar təqdim olundu. Məktəbin psixoloqu Abbasova Günay Liya Bayramovanın “Konfet şəhəri və onun xilası haqqında nağıl”ını, ibtidai sinif müəllimi Nigar Həsənova Vüqar Haqverdiyevin “Həyəti kim təmizləyirmiş” adlı nağılını, ibtidai sinif müəllimi İsmayılova Yeganə Firuzə Sultanzadənin “Zibil bədheybəti və ya Çirklicə və Təmizcə” adlı nağılını səhnələşdirdilər.Tədbirlər çərçivəsində şagirdlərin iştirakı ilə məktəbyanı sahədə iməciliklər keçirildi, abadlıq işləri aparıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi