Məktəb turu üzrə olimpiada

    Respublika fənn olimpiadasının, fənn müsabiqələrinin və Lütfizadə adına Məntiq olimpiadasının məktəb mərhələsi Azərbaycan və rus bölməsi üzrə keçirildi.

   Respublika fənn olimpiadasında IX, X və XI sinif şagirdləri riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla 8 fənn üzrə iştirak etdilər. Olimpiadada əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir.

   Fənn müsabiqələrində VI sinif şagirdləri riyaziyyat və informatika, VII sinif şagirdləri isə fizika, kimya və biologiya fənləri üzrə iştirak etdilər, əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.

   Lütfizadə adına məntiq olimpiadası V sinif şagirdləri arasında keçirildi. Olimpiadanın keçirilməsində məqsəd görkəmli alim Lütfizadənin irsinin şagirdlər arasında təbliği, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi