Azərbaycan dili üzrə monitorinq

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri Üzrə Təhsil İdarəsi, Təhsilin Keyfiyyətinə Nəzarət Sektoru Azərbaycan dili üzrə monitorinq təşkil etdi.
Azərbaycan dili üzrə monitorinq 4-cü, 6-cı, 7-ci və 8-ci siniflərdə iki variantda idi. Monitorinq materialları həm Azərbaycan, həm də rus bölməsi üçün eyni olaraq, 45 dəqiqə ərzində keçirildi.
Monitorinqin keçirilməsində məqsəd dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsi, şagirdlərin dinləyib-anlama, oxu və yazı bacarıqlarının yoxlanılması, onlarda bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyənləşdirilməsi və tədrisin keyfiyyətini daha da artırılmasına nail olunmasından ibarətdir.