“Nə? Harada? Nə zaman?” intellektual yarışması

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə “Məktəblilərin İntellekt Liqası” layihəsinin ilk turu 21 oktyabr 2023-cü il tarixində Nərimanov rayonu 39 nömrəli məktəbdə həyata keçirildi.
Məktəbin tarix müəllimi Əlirzayev Nəbinin rəhbərliyi ilə “Nə? Harada? Nə zaman?” intellektual yarışmasında məktəbin şagirdləri Əhmədova Mehdi Seymur oğlu 8 “C” sinfi, Hüseynli Faiq Qulu oğlu 9 “Ç” sinfi, Səfərov Bəyəli Vüsal oğlu 10 “B” sinfi, Əliyev Nahid Elnur oğlu 10 “B” sinfi, Əliyeva Aysel Məhərrəm qızı 9 “B” sinfi, Nəbizadə Yusif Siyavuş oğlu 7 “C” sinfi iştirak etdilər və 2-ci yerə layiq görüldülər.