III siniflər üzrə monitorinq keçirildi

17 may 2023-cü il tarixdə BŞTİ tərəfindən təhsil müəssisələrində III siniflər üzrə monitorinq təşkil olundu. Məqsəd III siniflərin Tədris dili, Riyaziyyat və İngilis dili fənlərindən əldə etdikləri bilik və bacarıqların dövlət standartlarına uyğunluqlarını müəyyən etmək və təhsillərin nəticələrinə əsasən standartların reallaşdırılması istiqamətində fənn müəllimlərinə metodik dəstək olmaqdır.