Riyaziyyat fənnindən açıq dərs

Məktəbin riyaziyyat müəllimi Musayeva Aliyə rus bölməsinin 5e sinfində “Faiz və dairəvi dioqram” mövzusunda açıq dərs keçmişdir. Dərsin əsas məzmunu slayd formasında hazırlanmış materiallar öz əksini tapmışdı.Şagirdlər “Prezident seçkiləri”, “Təbiətin qorunması”, “Sağlam qida”, “İşğal olunmuş torpaqlar” materiallarına daxil olan sərbəst slaydlar seçdilər və verilən tapşırıqların öhdəsindən gəlməyə çalışdılar , nəticələr qiymətləndirilidi. Müəllimin yeni metodika ilə keçirdiyi açıq dərs şagirdlərin yüksək fəallığı ilə seçilirdi. Açıq dərsdə məktəbin direktoru Bağırova Aytən,təlim-tərbiyə işləri üzrə direktor müavini Rüstəmova Gülnarə ,Riyaziyyat fənni üzrə metodbirləşmə rəhbəri Məmmədova Gülnarə, Riyaziyyat müəllimi İbadova İlhamə, sinif rəhbəri Səmədova Gülnarə iştirak etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi