Şagirdlərin ingilis dilində ünsiyyət bacarıqlarının inkişafı

      Şagirdlərin ingilis dilində ünsiyyət bacarıqlarının inkişafı üçün VII siniflər arasında yarış təşkil edildi. “Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı” mövzusunda uşaqların coğrafi, siyasi, tarixi biliklərinin artırılması məqsədi ilə keçirilən yarışda rus bölməsinin VII “d” sinfi qalib oldu.

      Keçirilən yarışda məktəbin direktoru A.T Bağırova, təlim tərbiyə işləri üzrə direktor müavini G.N.Rüstəmova, uşaqlarla məktəbdən kənar və sinifdən xaric tərbiyə işləri üzrə təşkilatçı Rübabə Abuşova, metodbirləşmə rəhbəri Mehbarə Abdullayeva, ingilis dili müəllimləri və valideynlər iştirak etdilər.