“Xocalı soyqırımının otuz birinci ildönümü”

         25 fevral tarixində “Xocalı soyqırımının otuz birinci ildönümü” keçirildi. Xocalı faciəsini böyüməkdə olan nəslə düzgün çatdırmaq bizim borcumuzdur. Bu məqsədlə F-55 nömrəli əmrin icrasıyla əlaqədar olaraq məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəhilə Tağıyeva, tərbiyə işləri üzrə təşkilatçı Rübabə Abuşovanın rəhbərliyi ilə “Xocalı faciəsi” adlı tədbir keçirilmişdi.

         Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Xocalı soyqırımında həlak olanlar bir dəqiqəlik sükutla yad edildi.

         Tədbirdə məktəb rəhbərliyi, fənn müəllimləri, VII-XI sinif şagirdləri iştirak etdilər.

         Xocalı faciəsini özündə əks etdirən tamaşalar, şeirlər səsləndirildi. Sonda məktəbin direktoru Aytən Bağırova çıxış edərək tədbiri yekunlaşdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi