Ədəbiyyat fənnindən "açıq dərs" keçirildi

5a sinfində T.Hüseynovanın ədəbiyyat fənnindən açıq dərsi keçirildi. Dərsin mövzusu Ə.Quluzadənin “Alim və Quldur” hekayəsi idi. Dərs Dövlət himnimizlə başlandı. Himn oxunandan sonra şagirdlər əvvəlcə bir parçanı söylədilər, sonra əsərin janrını müzakirə əsasında müəyyənləşdirdilər. Əsərin ideyası ilə bağlı fikirlər isə yazılı şəkildə şərh edildi.“Alim və Quldur” hekayəsi şagirdlər tərəfindən obrazlara ayrıldı və səhnəcik göstərildi.Açıq dərs zamanı şagirdlərin elmə, təhsilə olan marağını artırılması, insanın ancaq elmlə uca biləcəyi fikri daha çox nəzərə çatırıldı. Elm bütün zülmətləri işıqlandıran,insanları xoşbəxtliyə aparan bir mayak olduğu şagirdlər tərəfindən qeyd edildi.Açıq dərsdə məktəbin direktoru Bağırova Aytən,təlim-tərbiyə işləri üzrə direktor müavini Rüstəmova Gülnarə, tərbiyə işləri üzrə direktor müavini Abuşova Rübabə, Azərbaycan dili və ədəbiyyat müəllimləri, metod birləşmə rəhbəri Tağıyeva Rəhilə və valideynlər iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi