“Hidrogenin kimyəvi xassələri” mövzusunda açıq dərs

Məktəbimizin Kimya müəllimi Əliyeva Elmira 7b sinfində “Hidrogenin kimyəvi xassələri” mövzusunda açıq dərs keçmişdir. Müəllim dərsdə interaktiv təlim metodlarından və slayd formasında hazırlanmış Hidrogenin kimyəvi xassələrinə aid materialdan istifadə etmişdir. Əldə edilmiş yeni bilikləri daha da möhkəmləndirmək məqsədilə kimyəvi təcrübələr aparıldı. Bu isə şagirdlərin marağına və fəallıqlarının artmasına səbəb oldu.Elmira müəllimin təşkil etdiyi dərsin gedişində onun apardığı hazırlıq işləri, təcrübələrin aparılması, şagirdlərin fəallığının təşkili onun yüksək pedaqoji təcrübəyə malik olduğunu nümayiş etdirə bildi.Dərsdə məktəbin direktoru Bağırova Aytən,təlim-tərbiyə işləri üzrə direktor müavini Rüstəmova Gülnarə ,Kimya fənni üzrə metodbirləşmə rəhbəri Şirəliyeva Sədaqət,Kimya müəllimi İsrafilova Milana, sinif rəhbəri Cəfərova Könül iştirtak etmişdir.