Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə məktəblilər arasında bilik yarışı

Nərimanov rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə məktəblilər arasında bilik yarışı keçirilib.

11 may 2022-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Nərimanov filialında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə məktəblilər arasında bilik yarışı keçirilib.

Tədbirdə çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev muzeyinin direktoru Tahir Süleymanov qeyd etdilər ki, Ümummilli Lider, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çox əsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Ulu Öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində başladığı quruculuq işlərindən bəhs edən natiqlər qeyd etdilər ki, məhz bu günki firavan həyatımız onun gərgin əməyinin nəticəsidir.

Tədbirdə Ümummilli Liderimiz Heydər Əliyevin həyatı və fəaliyyətindən bəhs edən video-çarx nümayiş olunmuşdur.

Qeyd edək ki, yarışda rayon ərazisində yerləşən 16 orta ümumtəhsil məktəbindən 32 nəfər şagird iştirak etmişdir.

Yarışın yekun nəticəsinə görə yerlər aşağıdakı kimidir.

I yer - Əli Nəbriyev - Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyev adına 47 nömrəli tam orta məktəbin şagirdi

II yer - Məmməd Rzayev - Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyev adına 47 nömrəli tam orta məktəbin şagirdi

Qaliblərimizi təbrik edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi