Bir kərə yüksələn bayraq bir daha enməz

Noyabrın 9-u Azərbaycan Dövlət Bayrağı Günüdür.Bu münasibətlə məktəbdə təbdir keçirildi. Tədbirdə ilk olaraq Azərbaycan himni səsləndi.Sonra məktəbin direktoru Aytən xanım çıxış edərək Dövlət başçısı İlham Əliyev cənablarının yeritdiyi siyasət nəticəsində üç rəngli bayrağımızın tezliklə Qarabağ səmasında dalğanacağını qeyd etdi.Daha sonra şagirdlər bayrağımıza aid olan mahnılar,şeirlər söylədilər.Bayrağımıza olan sevgilərini bir daha dilə gətirdlər. Tədbirdə təlim-tərbiyə işləri üzrə direktor müavini Rüstəmova Gülnarə,tərbiyə işləri üzrə direktor müavini Abışova Rübabə və valideynlər iştirak etdilər.