Yaradıcılıq qabiliyyəti olan şagirdlərimiz

Məktəbin 4e sinif şagirdi İbrahimova Humay Elmar qızının və 10a sinif şagirdinin Şirinova Nailə rəsm sərgisi oldu. Xüsusilə, bildirmək istərdik ki, Humayın və Nailənin çox gözəl rəsm çəkmək qabiliyyətləri vardır. Yaradıcılıq qabiliyyəti olan şagirdlərimizin tanıdılması və digər təhsilalanlarımızın da ruhlandırılması məqsədilə məktəbdə tərbiyə işləri üzrə direktor müavini Rübabə Abuşovanın rəhbərliyi ilə Humayın və Nailənin rəsm əsərlərindən ibarət sərgi təşkil olundu. Onlar sinif yoldaşlarına çəkdiyi rəsmlər haqqında dolğun məlumatlar verdilər.