“Şəhidlər unudulmur”

    Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyev adına 47 saylı məktəb öz ənənəsinə sadiq qalaraq “Şəhidlər unudulmur” silsiləsindən Aprel şəhidlərini anım tədbiri keçirtdi.Tədbirdə Zaur Nudirəliyevin ailə üzvləri: həyat yoldaşı Nuridə xanım və qızı Pəri də iştirak etdi. 3b sinfinin şagirdlərinin Sevil Abdinovanın təşkilatçılığı ilə hazırladığı tədbirdə məktəbin direktoru və müəllimləri də iştirak etdi.Balacaların çıxışları hamını kövrəltdi.Direktor Aytən Bağırova uşaqlarla səmimii söhbət edərək tədbirdəki çıxışlarını dəyərləndirərək belə tədbirlərin şagirdlərin vətənpərvər ruhda tərbiyələnməsində böyük əhəmiyyətindən danışdı.Eyni zamanda Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin ailə üzvlərinə də məktəb kollektivi adından ürək sözlərini söylədi.Zaur Nudirəliyevin xanımı və qızı bu isti münasibətdən,şagirdlərin gözəl çıxışlarından duyğulanaraq göz yaşlarını saxlaya bilmədilər.Sonda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi