Azərbaycan dili fənnindən “İsmin xəbərlik şəkilçiləri” mövzusunda açıq dərs keçirildi

Məktəbimizdə mütəmadi olaraq fənn aylıqları keçirilir.Aylıqlar çərçivəsində müəllimlərimiz açıq dərslər verir. Azərbaycan dili müəllimi Məmmədova Sara 6a sinfində Azərbaycan dili fənnindən “İsmin xəbərlik şəkilçiləri” mövzusunda açıq dərs verdi.Dərs Azərbaycan Dövlət himni ilə başlandı.Müəllim dərs zamanı interaktiv, klaster, qrafiklər, slayt, test vərəqələri və BİBÖ üsullarından istifadə etdi. Şagirdlər “Odlar”, “Yurdum”, “Azərbaycan” adlı qruplara ayrılaraq,verilən tapşırıqları yerinə yetirdilər.İsmin səciyyəvi xüsusiyyətlərini şagirdlər lazımi qaydada misallarla izah etdilər.Yeni dərs keçmiş dərslərlə əlaqələndirərək şagirdlər test tapşırıqlarını yerinə yetirdilər. Müəllimin yeni metodla keçirdiyi dərs prosesi məktəbin direktoru Bağırova Aytən,təlim-tərbiyə işləri üzrə direktor müavini Rüstəmova Gülnarə , tərbiyə işləri üzrə direktor müavini Abışova Rübabə, Azərbaycan dili və ədəbiyyat müəllimləri Tağıyeva Rəhilə,Hüseynova Tükazban, Hüseynova Cəmilə tərəfindən izlənilmişdir.