“Breyn – rinq” intellektual oyunu keçirildi

Odlar Yurdu Universiteti və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 28.10.2016-cı il tarixdə məktəbimizdə IX-XI siniflər arasında “Breyn – rinq” intellektual oyunu keçirildi.Oyunun keçirilməsində əsas məqsəd məktəblilərin bilik və bacarıqlarının inkişaf etdirmək, onların mövcud potensiallarını reallaşdırılmasına şərait yaratmaq və asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.Hər rinqdə komandalara 5 şifahi sual verildi və onlar yazılı olaraq həmin sualları cavablandırdılar.Bir rinqdə daha çox bal toplayan komanda yarışın qalibi elan edildi.“Breyn – rinq” intellektual oyunda IX siniflər arasında “Günəş” komandası, X siniflər arasında “Ay” komandası, XI siniflər arasında “Odlar” komandası qalib gəldi. “Breyn – rinq” intellektual oyununda məktəbin direktoru Aytən Bağırova, təlim tərbiyə işləri üzrə direktor müavini Rüstəmova Gülnarə,tərbiyə işləri üzrə direktor müavini Abışova Rübabə,məktəbin tarix müəllimi Əlirzayev Nəbi, Odlar Yurdu Universitetinin Gənclərlə iş şöbəsinin müdiri Tağıyeva Xatirə, Gənclərlə iş şöbəsinin müdir müavini Nüsrətli Aynur, Tələbə Gənclər təşkilatının sədri Fərmanova Səbinə, Tələbə Elmi cəmiyyətinin sədri İmanova Günay iştirak etdilər.