Azərbaycan Milli Xalça Muzeyinin təşkil etdiyi "Novruz şənliyi" tədbiri

    Məktəbin şagirdləri Azərbaycan Milli Xalça Muzeyinin təşkil etdiyi "Novruz şənliyi" tədbirində gözəl çıxışları ilə yadda qaldılar. Məktəbin direktoru Aytən Bağırovanın təşəbbüsü ilə rus bölməsində təhsil alan 6 d və 6 e sinif şagirdlərinin Azərbaycan dilində hazırladıqları "Bir bahar günü"tamaşası nümayiş olundu.Azərbaycan dili müəllimi Leyla Ağaverdiyevanın təşkilatçılığı ilə hazırlanmış bu tamaşa rəğbətlə qarşılandı. Bu tamaşanın hazırlanmasında əsas məqsəd rus bölməsində təhsil alan şagirdlərin dövlət dilində - Azərbaycan dilində şifahi nitq bacarıqlarının formalaşmasını inkişaf etdirməkdir. Belə tədbirlərin keçirilməsini şagirdlərdə nitq bacarıqlarının formalaşmasında əhəmiyyətli rol oynayır. Buna görə də bu tədbiri təşkil edən Azərbaycan Milli Xalça Muzeyinin rəhbərliyinə minnətdarıq.

Məktəbin direktoru Aytən xanım başda olmaqla tədbirdə iştirak edən müəllim və şagirdlər Milli Xalça Muzeyi ilə də ətraflı tanış oldular.2007 - ci ildə cənab prezidentimiz İlham Əliyev Heydər Əliyev Fondu və YUNESKO -nun birgə layihəsi çərçivəsində Dənizkənarı Milli Parkda Azərbaycan Xalça Muzeyi üçün bu binanın tikilməsi barəsində sərəncam imzalamışdır.2019 - cu ildə isə Azərbaycan Xalça Muzeyinə "Milli "status verilmişdir.Şagird və müəllimlər muzeydən gözəl təəssüratlarla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi