Almas İldırımın “Əsir Azərbaycanım” mövzusunda açıq dərs keçirildi

Məktəbimizdə mütəmadi olaraq fənn aylıqları keçirilir.Aylıqlar çərçivəsində müəllimlərimiz açıq dərslər verir. Azərbaycan dili və ədəbiyyat müəllimi Əzimova Xatirə 9b sinfində ədəbiyyat fənnindən Almas İldırımın “Əsir Azərbaycanım” mövzusunda açıq dərs verdi.Dərs Azərbaycan dövlət himni ilə başlandı.Müəllim dərs zamanı interaktiv, klaster,BİBÖ üsullarından istifadə etdi. Şagirdlər “Vətən”, “Azərbaycan”, “Azadlıq” adlı qruplara ayrılaraq,verilən tapşırıqları yerinə yetirdilər. Almas İldırımın “Əsir Azərbaycanım” şeiri ilə Şəhriyarın “Azərbaycan” şeiri arasında uyğunluq şagirdlər tərəfindən qeyd edildi.Hər iki şeirdə vətənimizi azad görmək istəyən şairlərin dərin hüznlə ifadə etdikləri fikirləri vurğulandı.Qarabağın işğal altında olması xatırlandı.Bu zaman “Qarabağ şikəstəsi” səsləndirildi.Dərs Müstəqilik Gününə əlaqələndirilərək Ulu Öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” sözləri video çarx vasitəsilə səsləndirildi. Müəllimin yeni metodla keçirdiyi dərs prosessi məktəbin direktoru Bağırova Aytən,təlim-tərbiyə işləri üzrə direktor müavini Rüstəmova Gülnarə , tərbiyə işləri üzrə direktor müavini Abışova Rübabə, Azərbaycan dili və ədəbiyyat müəllimləri Tağıyeva Rəhilə,Hüseynova Tükazban,Məmmədova Sara,Hüseynova Cəmilə tərəfindən izlənilmişdir.