Flora və faunasına aid araşdırma

Məktəbin biologiya müəllimi Həsənova Brilyant müəllim dərs keçdiyi 9a sinif şagirdləri ilə işğaldan azad olunmuş rayonlarımızın flora və faunasına aid araşdırma aparmışlar.Bu ərazilər üçün endemik olan bitki və heyvan növləri haqqında 9a sinif şagirdləri geniş məlumat toplamış və təqdimatlar hazırlamışlar.Şagirdlərin Qarabağ təbiətinə aid hazırladıqları bülletendə Qarabağ və Şərqi Zəngəzur florası üçün xarakterik olan sürünən kəklikotu, gərməşov cinsinin müxtəlif növləri, Laçın təbiəti üçün endemik olan qırmızı palıd haqqında məlumatlar öz əksini tapmışdır.