Psixoloqa məktub

Məktəbin psixoloqu Günay Abbasovanın təşəbbüsü ilə şagirdlər arasında “Psixoloqa məktub” layihəsinə start verilmişdir. Şagirdlər sevə-sevə psixoloqa məktub yazır, öz arzu və istəklərini, onları narahat edən problemlərini, təkliflərini, fikirlərini sərbəst şəkildə bölüşürlər. Əsas məqsəd şagirdlərin fikirləri ilə tanış olmaq, onlara ehtiyac olduğu istiqamətdə məsləhət vermək və kömək etməkdən ibarətdir.