“Oyuncağını bağışla” adlı sosial aksiyaya

    “Məktəblinin dostu” və "İcma əsaslı məktəbəqədər təhsil" layihələrinin təşkilatçılığı ilə “Oyuncağını bağışla” adlı sosial aksiyaya start verilib. Aksiyaya “Məktəblinin dostu” layihəsinin tərkibində olan 226 ümumtəhsil müəssisəsi qoşulub. Aksiyaya əsasən məktəblilərin könüllü şəkildə təqdim etdikləri oyuncaqlar ölkənin müxtəlif regionlarında yaşayan və təhsil alan uşaqlara göndəriləcək. Bundan əlavə, məktəblilər özlərinin hazırlayacağı oyuncaqlarla da bu aksiyaya qoşulacaqlar. Aksiyanın təşkil olunmasında əsas məqsəd məktəblilər arasında sosial məsuliyyətin, empatiya və paylaşma hissinin formalaşdırılmasıdır. Paylaşılan oyuncaqlar bir-birlərini tanımayan uşaqlar arasında gizli bağ və sevgi yaradacaq.

Z.Nudirəliyev adına 47nömrəli tam orta məktəbin şagirdləridə bu aksiyadan yan keçmədilər. Belə ki, demək olar bütün şagirdlər hərəsi əlində ən azı bir oyunçaqda olsa bu layihədə iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi