Müəllimliyə verilən dəyər

Məktəbimizin qabaqcıl müəllimlərindən olan Rüstəmova Aybəniz müəllimənin 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə “Ədalət” və “Azərbaycan müəllimi” qəzetində müəllimliyə verilən dəyərdən danışıb.
Bütün müəllim heyətini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edən Aybəniz müəllimə qeyd edib ki, müəllimlik cəmiyyətimizdə ən çox rəğbət bəslənən peşələrdəndir.
Bunun nəticəsidir ki, insanlar hörmətlə yanaşdığı şəxslərə məhz "müəllim" deyə müraciət edirlər. Aybəniz müəllimə hər bir müəllimi pedaqoji işə, günün tələblərinə uyğun gənc nəslin hazırlanması prosesinə maksimum diqqət və enerji ilə yanaşmağa çağırıb.O, qeyd edib ki, hər bir müəllimin əsas vəzifələrindən biri də çalışdığı təhsil ocağını qorumaq və inkişaf etdirmək olmalıdır.
Aybəniz müəllimə bir daha qeyd edib ki, hər bir müəllim bu sahədə çalışması ilə fəxr etməli, müasir Azərbaycanın gələcəyi olan gənclərin bir insan, vətəndaş və yararlı gənc kimi yetişdirilməsi işinə hörmət və vicdanla yanaşmalıdır.
Bizdə dəyərli fikirləri və məsləhətləri üçün Aybənizə müəlliməyə təşəkkür edirik. Gələcək işlərində uğurlar arzulayırıq.