İplə tullanma üzrə turnir

    09 sentyabr 2021 - ci il tarixdə ABAD məhəllədə , açıq havada Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və " İplə Tullanma " İdman Klubunun birgə təşkilatçılığı ilə iplə tullanma üzrə Nərimanov rayon turniri keçirilib .
Turnirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov , " iplə Tullanma ” İdman Klubun sədri Anar Nəsirli , Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və ictimai işlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov , " Evrika " liseyinin və 6 saylı məktəb - liseyinin fiziki tərbiyə və cüdo müəllimi , cüdo idman növü üzrə idman ustası , turnirin hakimi Mariya Novruzova və 20 nəfər uşaq , yeniyetmə və gənc iştirak etmişdir . Turnirin məqsədi iplə tullanma idman növünü inkişaf etdirmək , gəncləri idmana cəlb etmək və onların asudə vaxtının səmərəli təşkil etməkdir . Turnirdə 9-13 yaş qruplarında məktəbimizin 5a sinif şagirdləri İsmayılzadə Nuray 1-ci yer , Abuşova Yağmur 3-cü yerə layiq görülüb . Uğur qazanan şagirdlərimizi təbrik edirik .
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi