“Azərbaycan xalqının varlığını yaşadan Azərbaycan dili” adlı inşa yazı müsabiqəsi
3 avqust 2021-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən “1 avqust - Azərbaycan Dili və Əlifbası Günü” münasibəti ilə yeniyetmə və gənclər arasında “Azərbaycan xalqının varlığını yaşadan Azərbaycan dili” adlı inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqə yeniyetmə və gənclər arasında keçirilmişdir. Münsiflər heyətinin rəyi nəticəsində qaliblər müəyyən olunmuşdur.
Qaliblər Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunmuşlar.Müsabiqədə məktəbimizi təmsil edən 7d sinif şagirdi Qaragözova Fatimə fərqləndiyinə Fəxri Fərmanla təltif olunub .
Qaliblərimizi təbrik edir, təhsillərində və yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayırıq!