Fərqlənmə attestatı alan şagirdlərimiz

Bu gün məktəbimizdə tam orta və ümumi orta təhsil üzrə fərqlənmə attestatı alan şagirdlərimizə təhsil sənədləri paylandı. Qeyd edək ki, ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan və buraxılış imtahanlarında hər bir fənn üzrə 75 - dən (yetmiş beş) yuxarı bal toplayan məzunlara verilir.