Şagirdimizin uğuru
Beynəlxalq İngilis Dili Olimpiadasında X sinif şagirdi Şirinova Nigar Vüqar qızı finala vəsiqə qazanmışdır.Diplom və medalla təltif olunmuşdur. Ölkə üzrə hər kateqoriyada ilk 33 nəfər finalda iştirak etmək hüququ əldə etmişdir. Final mərhələsində uğur göstərən şagirdlər Oxford və Cambridge universitetlərindən endirimlər qazanacaqdır. Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərdə xarici dilin öyrənilməsinə marağı artırmaq, şagirdlərin müvafiq bilik və bacarıqlarını bir daha sınaqdan keçirmək, onların əldə etdikləri xarici dil biliklərini möhkəmləndirməkdən ibarətdir.