Multikultralizmin  tarixi

    Bu gün "Yay məktəbi"  layihəsinin davamı olaraq məktəbimizin bir qrup şagirdi  və direktoru Aytən xanım Bağırova , məktəbimizin müəllimi Aybəniz Rüstəmova Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində oldular. Mərkəzin icraçı direktoru Rəvan Həsənov şagirdləri mərkəz ilə və apardıqları hərtərəfli işlərlə, multikultralizmin  tarixi haqqında, Heydər Əliyev fondu tərəfindən Şuşada  təşkil olan "Xarı bülbül" festivalının məhz bu dəyərlərə söykənərək keçirilməsi barəsində ətraflı məlumat verdi. Uşaqları maraqlandıran suallara həvəslə cavablandırdı. Eyni zamanda, bütün şagirdlərə  qiymətli kitablar hədiyyə edildi:

"Azərbaycan Multikulturalizminin Ədəbi-bədii Qaynaqları",  "Azərbaycan Multikulturaluzminin Elmi-fəlsəfi və İctimai-publisistik Qaynaqları"  və "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi  7 il" adlı kitablar şagirlərin marağına səbəb oldu.

Eyni zamanda,  məktəbimizin direktoru Aytən Bağırovaya və müəllim Aybəniz Rüstəmovaya bu sahədəki fəaliyyətlərinə görə  hörmətli Rəvan Həsənov tərəfindən təşəkkürnamə təqdim edildi.

Şagirdlərimiz Bakı Beynəlxalq Multukulturalizm Mərkəzindən  çox gözəl təəssuratlarla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi