"Multukultarilizm ili"nə həsr olunmuş tədbir keçirildi

Ölkəmizdə multikultural dəyərlərin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi və geniş təbliğ edilməsi məqsədi ilə ölkə Prezidentinin müvafiq sərəncamına uyğun olaraq 2016-cı il Azərbaycanda “Multukultarilizm ili” elan edilmişdir.Bu məqsədlə 47 nömrəli tam orta məktəbdə IX-X-XI sinif şagirdlərin və məktəb rəhbərliyinin, Bakı Slavyan Universitetinin Azərbaycan multikulturalizm kafedrasının müdiri Abbasova Ülviyyə Vaqif qızının iştirakı ilə tədbir keçirildi. Tədbirdə qeyd olundu ki, multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Əsrlərdir ki, xalqımız tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirərək, bu prosesə mühüm töhfələr verib. Ona görə də Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi heç də təsadüfi deyil və bunun dərin tarixi kökləri var. Tədbirin sonunda Bakı Slavyan Universitetinin multikulturalizm kafedrasının müdiri Abbasova Ülviyyə şagirdlərin suallarını cavablandırdı.