6d və 6e sinif şagirdləri “Fransız dilini sevirəm” adlı tədbir keçirdi

Fransız dili müəllimi Məmmədova Aytənin təşkilatçılığı ilə 6d və 6e sinif şagirdləri “Fransız dilini sevirəm” adlı tədbir keçirdi.Tədbirdə şagirdlər fransız dilində çıxış edərək mahnılar,şeirlər səsləndirdilər və nağıllar aləmindən olan “Qırmızı papaq”, “Qoğal” nağıllarını səhnələşdirdilər.Tədbirin sonunda məktəbin direktoru A.Bağırova çıxış edərək ölkəmizdə multikultural dəyərlərin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi və geniş təbliğ edilməsi məqsədi ilə ölkə Prezidentinin müvafiq sərəncamına uyğun olaraq 2016-cı il Azərbaycanda “Multukultarilizm ili” elan edildiyini qeyd etdiyini və əsrlərdir ki, xalqımız tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirərək, bu prosesə mühüm töhfələr verdiyini söylədi.6d sinif şagirdlərinə təşəkkürünü bildirdi.Tədbirdə məktəbin direktoru Bağırova Aytən,məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Rüstəmova Gülnarə,tərbiyə işləri üzrə direktor müavini Abuşova Rübabə,sinif rəhbərləri Quliyeva Firəngiz,Balaqadaşova Anelya və valideynlər iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi